Şəhriyar Məmmədyarovun ilk rəqibi müəyyənləşdi

Şəhriyar Məmmədyarovun ilk rəqibi müəyyənləşdi

Hazırda oxunan: Şəhriyar Məmmədyarovun ilk rəqibi müəyyənləşdi

70856

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsindəki ilk rəqibi bəlli olub.

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirdə birinci görüşünü çinli Le Kuanq Lyeyə qarşı keçirəcək.

Bu gün start götürəcək yarışda ümumilikdə 8 iti zəka sahibi qüvvəsini sınayacaq.

"Oslo Esports Cup" da Məmmədyarov, Kuanq Lye və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO