Aprelin 17-də futbol üzrə XXXII turun oyunlarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son oyunu "Roman Sançes-Pisxuan" stadionunda oynanılıb. "Sevilya" doğma azarkeşlər önündə lider "Real Madrid" komandasını qəbul edib.
Görüş madridlilərin 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. "Real Madrid"in heyətində Rodriqo (50), Naço Fernandes (83), Kərim Benzema (90+2), "Sevilya"nın isə İvan Rakitiç (21) və Erik Lamela (25) fərqləniblər.
Bu qələbə sayəsində "Real Madrid" xal etiyatını 75-ə çatdıraraq liderliyini davam etdirir. Turnir cədvəlin ikinci pilləsində 60 xalla "Barselona" yer alıb. Eyni xal toplayan "Sevilya" isə üçüncü yerdə qərarlaşıb.
Bizim.Media