Avropa birinciliyi: Boksçumuz moldovalı idmançını məğlub etdi – Növbəti mərhələdə...

Avropa birinciliyi: Boksçumuz moldovalı idmançını məğlub etdi – Növbəti mərhələdə...

Hazırda oxunan: Avropa birinciliyi: Boksçumuz moldovalı idmançını məğlub etdi – Növbəti mərhələdə...

70057

Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir.

Bizim.Media xəbər verir ki, yarışın dördüncü günündə boksçumuz Daniel Xolostenko (71 kq) ikinci görüşünə çıxacaq. İdmançımız səkkizdəbir finalda macarıstanlı Levent Qemeslə qarşılaşacaq.

Qeyd edək ki, ölkə çempionu on altıdabir finalda Andrey Osiyevsçi (Moldova) vaxtından əvvəl tam üstünlüklə məğlub edib.

Xatırladaq ki, əvvəlki yarış günlərində millimizin üzvlərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Onlar növbəti qarşılaşmalarını aprelin 19-da keçirəcəklər.

Avropa birinciliyində 39 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.

Yarışın qalibləri aprelin 21-də məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO