Ronaldonun İngiltərə Premyer Liqasında yeni REKORDU

Ronaldonun İngiltərə Premyer Liqasında yeni REKORDU

Hazırda oxunan: Ronaldonun İngiltərə Premyer Liqasında yeni REKORDU

70026

"Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasında yeni rekord müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, portuqaliyalı hücumçu 36 yaşdan sonra mövsüm ərzində 15 və daha çox qol vuran ilk futbolçu kimi tarixə düşüb.

37 yaşlı forvard buna evdə "Norviç"ə 3:2 hesabı ilə qalib gəldikləri XXXIII tur matçında het-trik etməklə nail olub.

Qeyd edək ki, Kriştiano Ronaldo 2021-ci ilin avqustundan "Mançester Yunayted"də çıxış edir.

O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 25 oyunda 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO