“Dinamo” azarkeşləri Mahiri alqışladı

“Dinamo” azarkeşləri Mahiri alqışladı

Hazırda oxunan: “Dinamo” azarkeşləri Mahiri alqışladı

69945

“Mahir Emreli “Dinamo”da ikinci qolunu vurmağa müvəffəq oldu. Bu, Mahirin “Maksimir” stadionundakı (“Dinamo” Zaqrebin stadionu - red.) ilk qolu idi”.

Bizim.Media xəbər verir ki, bu sözlər Xorvatiyanın “Veçernji” nəşrindəki yazıdandır. Dünən yerli liqanın 31-ci turunun “Dinamo” - “İstra” matçına (3:0) həsr olunan yazıda M.Emreli barədə müsbət fikirlər yer alıb.

“Emreli 71-ci dəqiqədə Petkoviçlə əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı” - deyə yazıda bildirilir.

Qeyd edək ki, Emrelinin dünən matçdan sonra paylaşdığı videoda isə azarkeşlərin ondan avtoqraf aldığı əks olunub. 

Xatırladaq ki, Emreli dalbadal iki oyundur Xorvatiya yüksək liqasında  qol vurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO