Bakıda Formula 1-ə hazırlıq çərçivəsində tikinti işlərinə start verildi

Bakıda Formula 1-ə hazırlıq çərçivəsində tikinti işlərinə start verildi

Hazırda oxunan: Bakıda Formula 1-ə hazırlıq çərçivəsində tikinti işlərinə start verildi

69772

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022 Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.  

Bu barədə Bizim.Media-ya yarışın təşkilat komitəsindən məlumat verilib. 

Qeyd edilib ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.  

Ötən ildən fərqli olaraq builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.  
Qeyd edək ki, bu gündən etibarən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. 

Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO