"Real"ın sabiq futbolçusu qəzada öldü - FOTO

Hazırda oxunan: "Real"ın sabiq futbolçusu qəzada öldü - FOTO

69602

Kolumbiyalı keçmiş futbolçu, "Napoli" və "Real" (Madrid) klublarının sabiq yarımmüdafiəçisi Freddi Rinkon ağır qəzadan sonra vəfat edib.

Bizim.Media-nın məlumatına görə, 55 yaşlı keçmiş futbolçu bir neçə gün əvvəl yol qəzası keçirmiş, onun olduğu maşın avtobusla toqquşmuşdu. Ondan başqa, bir neçə nəfər də xəsarət almışdı.

F.Rinkon əməliyyat olunmasına baxmayaraq ağır vəziyyətdə qalırdı.

Qeyd edək ki, Freddi Rinkon 1994-1996-cı illərdə İtaliyanın "Napoli" və İspaniyanın "Real" klublarında çıxış edib.

O, həmçinin 1990-cı il dünya çempionatında Kolumbiya milli komandasının əsas oyunçularından olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO