Məşhur futbolçu boksda debüt edəcək

Məşhur futbolçu boksda debüt edəcək

Hazırda oxunan: Məşhur futbolçu boksda debüt edəcək

69067

"Liverpul"un və Niderland millisinin sabiq hücumçusu Dirk Küyt bu ilin oktyabrında boksda gücünü sınayacaq.

Bizim.Media "The Telegraph"a istinadən xəbər verir ki, veteran hücumçu kikboksçu Riko Verhuvenin təşkilatçılığı ilə keçirilən "Hit It" turnirində iştirak edəcək. Onun rəqibi hələlik məlum deyil.

41 yaşlı veteran futbolçu bu barədə açıqlamasında deyib: "Əlbəttə, mən futboldan gəlmişəm və yarış ab-havası üçün darıxmışam. Bu qarşılaşma Niderland millisinin heyətində çıxdığım matça bənzəyəcək: üzərimdə diqqət, daxilimdə xoş təlaş...
İlk dəfə başqa idman növündə güc sınamaq mənim üçün böyük imtahan olacaq. Qarşıdakı aylarda bütün diqqətimi məşqlərə yönəltməyi planlaşdırıram. Səylə çalışacağam".

Qeyd edək ki, Niderland millisində 102 oyun keçirən Küyt "Feyenoord", "Liverpul" və "Fənərbaxça" kimi klublarda oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO