Cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vuruldu – FOTO

Cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vuruldu – FOTO

Hazırda oxunan: Cüdo üzrə Bakı şəhər birinciliyinə yekun vuruldu – FOTO

68946

Yeniyetmə cüdoçular (U-15) arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən Bakı şəhər birinciliyi başa çatıb.

Federasiyadan Bizim.Media-ya bildiriblər ki, aprelin 10-da - yarışın son günündə oğlanlar 42, 55, 73, +73, qızlar isə 36, 48, 63, +63 kiloqram çəki dərəcələri üzrə mübarizə aparıblar.

Yekun nəticələrə görə, qızlar arasında Nərmin Məmmədli (36 kq), Nuranə Hacızadə (48 kq), Mələk Bayramlı (63 kq) birinci yerə layiq görülüblər.

Olanların yarışında isə Xəzər Heydərov (42 kq), Əli Hümbətov (55 kq), Seyid Şərifov (73 kq), Səid Hüseynov (+73 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Azərbaycan Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 3 gün davam edən birincilikdə Bakı şəhərindən 52 klub, cəmiyyət və idman təşkilatlarından, ümumilikdə 674 oğlan və 62 qız cüdoçu 20 çəki dərəcəsində mübarizə aparıb.

Qeyd edək ki, bu yaş qrupu üzrə növbəti turnir aprelin 16-17-də Sumqayıtda təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO