Paşa İbrahimli ağırlıqqaldırma üzrə Azərbaycan çempionu oldu – FOTO

Paşa İbrahimli ağırlıqqaldırma üzrə Azərbaycan çempionu oldu – FOTO

Hazırda oxunan: Paşa İbrahimli ağırlıqqaldırma üzrə Azərbaycan çempionu oldu – FOTO

68919

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Çempionatın ikinci günündə - aprelin 10-da ilk olaraq kişilər arasında 73 kiloqram çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Toplam 297 kiloqram (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb.

Nurlan Məmmədzadə (286 kq, 126+160) yarışı ikinci, Ömər Cavadov isə (285 kq, 130+155) üçüncü pillədə başa vurublar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO