Güləş Federasiyasının növbədənkənar iclası keçirildi - İcraiyyə Komitəsinin yeni tərkibi 

Güləş Federasiyasının növbədənkənar iclası keçirildi - İcraiyyə Komitəsinin yeni tərkibi 

Hazırda oxunan: Güləş Federasiyasının növbədənkənar iclası keçirildi - İcraiyyə Komitəsinin yeni tərkibi 

68844

Azərbaycan Güləş Federasiyasının (AGF) növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə (İK) yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov İK-ya üzv seçilib.

AGF-nin  5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Mikayıl Cabbarov - Azərbaycan Güləş Federasiyasının prezidenti

2. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

3. Namiq Abdullayev - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

4. Fərid Mansurov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

5. Vasif Məmmədov - Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

Qeyd edək ki, İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO