Gəncədə yeni cüdo mərkəzi inşa ediləcək - FOTO

Gəncədə yeni cüdo mərkəzi inşa ediləcək - FOTO

Hazırda oxunan: Gəncədə yeni cüdo mərkəzi inşa ediləcək - FOTO

68418

Gəncədə müasir, hər bir lazımi avadanlıqlarla və idman şəraiti ilə təmin olanacaq cüdo mərkəzinin inşası planlaşdırılır.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bununla əlaqədar Azərbaycan Cüdo Federasiyası Prezidentinin müşaviri Natiq Bağırov və Federasiyanın baş katibi Rəşad Rəsullu Gəncədə olublar. 

Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, sözügedən məsələ ətrafında geniş müzakirələr aparıblar.

Görüşdə  həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə İctimai İştirakçılıq Məclisinin sədri Müzadil Həsənov  iştirak ediblər.

Niyazi Bayramov ölkə rəhbərinin idmana olan xüsusi diqqət və qayğısından söz açıb. Cüdo mərkəzinin inşasının Gəncə şəhərində  bu idman növünün inkişafına təkan olacağını qeyd edib.
Daha sonra Federasiya nümayəndələri sözügedən mərkəzin inşası üçün bir sıra ərazilərə baxış keçiriblər.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO