Dünya Güləş Birliyi (UWW) 2023-cü ildə keçiriləcək böyüklər arasında Avropa çempionatının və 2024-cü ildə baş tutacaq U-23 Avropa çempionatının ev sahibi olacaq şəhərləri açıqlayıb.
Bizim.Media xəbər verir ki, UWW-nin İcraiyyə Komitəsinin martın 2-də qəbul etdiyi qərarlar qüvvəyə minib.
Gələn il aprelin 17-dən 23-dək qitə birinciliyi Zaqrebdə keçiriləcək. Xorvatiyanın paytaxtı ilk dəfə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək.
UWW-nin prezidenti Nenad Laloviç qurumun rəsmi saytına verdiyi açıqlamada Xorvatiya Güləş Federasiyasını etibarlı tərəfdaş adlandırıb və Zaqrebin yarış təcrübəsinin zəngin olduğunu bildirib.
2024-ci ildə isə U-23 Avropa çempionatı Bakıda keçiriləcək. Laloviçin sözlərinə görə, Bakının bu yarışa ev sahibliyi etməsi gələcəkdə beynəlxalq turnirlərin Azərbaycana qayıdacağından xəbər verir:
“Bakıda bu il yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək. Bu siyahıya U-23 Avropa çempionatının əlavə edilməsi onların təşkil etmək istədikləri böyük yarışların sayını artırır”.
Qeyd edək ki, Bakıda keçiriləcək U-23 Avropa çempionatı 2024-cü il aprelin 8-dən 14-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:54 / 05.04.2022
Bu turnir Bakıya verildi
Hazırda oxunan: Bu turnir Bakıya verildi
Hazırda oxunan: Bu turnir Bakıya verildi
68170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.