Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıtdı

Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıtdı

Hazırda oxunan: Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıtdı

68019

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvləri aprelin 5-də Vətənə qayıdıblar.

Bizim.Media xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıblar.

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə başa çatan Avropa çempionatında ümumi hesabda 165 xalla birinci yeri tutub.

Türkiyə 150 xalla ikinci, Gürcüstan isə 114 xalla üçüncü pillədə yer alıblar.

Qeyd edək ki, yığma komandamızın üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO