Ötən ilin iyununda Bakıda qaydasız döyüşçü Murtuz Murtuzlunu qətlə yetirən 21 yaşlı Məhəmməd Məhəmmədliyə hökm oxunub.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, "Maqa” ləqəbi ilə tanınan M.Məhəmmədli 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Araşdırmalar zamanı məlum olub ki, qətl qız üstündə baş verib. Qafqazinfo-nun məlumatına görə, Məhəmməd qonşuluqda yaşayan qızın Raul adlı şəxslə sevgili olmasını öyrənib və sosial şəbəkədə qıza yazıb.
Səhifənin parolu qızın sevgilisində olduğu üçün mesaja da o cavab verib. Raul Məhəmmədə nəyə görə qıza yazdığını soruşub. Tərəflər məsələni aydınlaşdırmaq üçün görüş təyin ediblər.
Raul görüşə bir neçə dostunu, eləcə də qaydasız döyüşlə məşğul olan tanışı 23 yaşlı Murtuz Murtuzlunu da gətirib.
Söhbət zamanı Murtuz Məhəmmədin qıza yazdığı mesaja görə Rauldan diz çöküb üzr istəməsini tələb edib. Bu zaman Məhəmməd üzərindəki bıçaqla Murtuza bir neçə zərbə endirib. Ağır xəsarət alan M.Murtuzlu xəstəxanaya çatdırılsa da, kəskin qanitirmədən vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:19 / 04.04.2022
Bakıda idmançının qız üstündə öldürüldüyü ÜZƏ ÇIXDI – Qətlin TƏFƏRRÜATI
Hazırda oxunan: Bakıda idmançının qız üstündə öldürüldüyü ÜZƏ ÇIXDI – Qətlin TƏFƏRRÜATI
Hazırda oxunan: Bakıda idmançının qız üstündə öldürüldüyü ÜZƏ ÇIXDI – Qətlin TƏFƏRRÜATI
67963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.