Avropa çempionatında şahmatçılarımız medal qazana biləcəkmi? - Yarış 11 turdan ibarətdir

Avropa çempionatında şahmatçılarımız medal qazana biləcəkmi? - Yarış 11 turdan ibarətdir

Hazırda oxunan: Avropa çempionatında şahmatçılarımız medal qazana biləcəkmi? - Yarış 11 turdan ibarətdir

67849

Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında təmsilçilərimiz inamlı çıxışlarını davam etdirirlər.

Bizim.Media xəbər verir ki, şahmatçılarımızdan Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli, Qədir Hüseynov 8 turda 6 xal toplayaraq 3-5-ci pillələrdə qərarlaşıblar.

Aktivlərində 5,5 xal olan Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abasov, Vüqar Əsədli də medal uğrunda mübarizəni davam etdirirlər. Yarış cədvəlinə isə aktivində 7 xalı olan almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir.

Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO