Zaqreb \

Zaqreb \"Dinamo\"su Emreli ilə növbəti qələbəsini qazandı

Hazırda oxunan: Zaqreb \"Dinamo\"su Emreli ilə növbəti qələbəsini qazandı

67808

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının heyətində növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, 25 yaşlı hücumçu evdə "Draqovolyats"a 2:0 hesabı ilə qalib gəldikləri XXIX tur matçında forma geyinib.

Oyuna ehtiyatda başlayan Emreli 70-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub. 77-ci dəqiqədə o, fərqlənməyə yaxın olsa da, qüvvətli zərbəsini rəqib qapıçı dəf edə bilib.

Hesabı 46-cı dəqiqədə Komnen Andriç açıb. 81-ci dəqiqədə isə "Draqovolyats"ın futbolçusu İvan Smolçiç topu avtoqol edib.

Bununla da 28 oyundan sonra xalını 60-a çatdıran "Dinamo" birinci pillədə yer alıb. Zaqreb komandasının ehtiyatda bir matçı da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO