Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında Almaniya təmsilçisi Sara Voss qadınlar arasında gimnastika tirində qızıl medala sahib olub.
Bizim.Media xəbər verir ki, almaniyalı gimnast 13,733 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fransa təmsilçisi Lorett Şarpi 12,966 xalla turniri ikinci, ukraynalı gimnast Daniela Batrona isə 12,900 xalla üçüncü pillədə başa vurublar.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Nikita Simonov dünya kubokunda halqalarla yarışda bürünc medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:38 / 03.04.2022
Almaniyalı gimnast Bakıda dünya kuboku yarışlarında 1-ci oldu
Hazırda oxunan: Almaniyalı gimnast Bakıda dünya kuboku yarışlarında 1-ci oldu
Hazırda oxunan: Almaniyalı gimnast Bakıda dünya kuboku yarışlarında 1-ci oldu
67754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.