Daha bir güləşçimiz FİNALA ÇIXDI - Avropa çempionatı

Daha bir güləşçimiz FİNALA ÇIXDI - Avropa çempionatı

Hazırda oxunan: Daha bir güləşçimiz FİNALA ÇIXDI - Avropa çempionatı

67687

Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,  Murad Məmmədov (60 kq) 1/8 finalda Daniel Bobilyoya (İspaniya), Məmmədov 1/4 finalda  Vitali Yeriomenkoya (Moldova) qalib gəlib Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub.

Həmyerlimiz bürünc medal uğrunda güləşəcək.  Rəqib Razvan Arnaut (Rumıniya) - Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiyə (Almaniya), daha sonra Mateuş Bernatekə (Polşa) qalib gəlib. O, finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub - 0:2.  Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.  

Ülvi Qənizadə (72 kq)  ilk görüşdə  Samuel Belşeididən (Almaniya), 1/4 finalda Deyvid Dimitrovdan (Bolqarıstan) üstün olub. O,  yarımfinalda Şmaqi Bolkvadzeyə (Gürcüstan) uduzub və bürünc medal üçün yarışacaq.

Rəqib Leos Drmola (Slovakiya) - Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq)  ilk döyüşdə Petr Novakı (Çexiya), 1/4 finalda Tamaş Levayı (Macarıstan), yarımfinalda  Mixail Braduyu (Moldova) məğlub edərək finala adını yazdırıb. Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda Arvi Savolaynenə (Finlandiya) uduzub. 

Ancaq rəqib finala yüksəldiyi üçün millimiz üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.

Təsəlliverici və medal qarşılaşmaları aprelin 3-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO