Azərbaycanın daha 5 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə mübarizəni dayandırıb.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanova (Bolqarıstan) qalib gəlsə də, növbəti görüşdə İdo Levinə (İsrail) uduzub.
Bu çəki dərəcəsindəki digər cüdoçu Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) yenib. Lakin o, 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.
81 kq-da yarışan Elcan Hacıyev startda Jim Heyjmandan (Hollandiya) güclü olsa da, ardınca Nikolya Şilara (Fransa) məğlub olub.
Mübarizəyə təsnifatdan başlayan Murad Fətiyev də ilk görüşünü qələbə ilə başa vurub. Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılan cüdoçu 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxmış 7 cüdoçu da medal qazana bilməyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:14 / 02.04.2022
Daha 5 cüdoçumuz medalsız qaldı
Hazırda oxunan: Daha 5 cüdoçumuz medalsız qaldı
Hazırda oxunan: Daha 5 cüdoçumuz medalsız qaldı
67654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.