Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
Bizim.Media-nın məlumatına görə, halqa ilə hərəkətlərdə 14.500 xal toplayan idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
İtaliyalı Mareska Salvatore 1-ci, türkiyəli İbrahim Çolak isə 2-ci yeri tutub.
Qeyd edək ki, Nikita Simonov təsnifatda hakimlərdən 14.266 xal almışdı.
*** 13:50
Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışını yerinə yetirib.
Bizim.Media xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.
Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.
Qeyd edək ki, bu gün Azərbaycanın digər idman gimnastı Nikita Simonov halqa ilə hərəkətlərdə final çıxışını edəcək.
Bizim.Media