Məmmədyarovla Nakamura arasında 3-cü yarımfinal görüşü - FIDE Qran-prisində 

Məmmədyarovla Nakamura arasında 3-cü yarımfinal görüşü - FIDE Qran-prisində 

Hazırda oxunan: Məmmədyarovla Nakamura arasında 3-cü yarımfinal görüşü - FIDE Qran-prisində 

67440

 Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında növbəti görüşünü keçirəcək. 

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Əvvəlki 2 qarşılaşmada heç-heçə qeydə alındığından tay-breyk oynanılacaq. 

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib. 

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO