Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.
Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.
Eldəniz Əzizli (55 kq) mübarizəyə 1/4 finaldan start verəcək. Onun rəqibi Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi olacaq.
Murad Məmmədov (60 kq) ilk görüşdə Daniel Bobillo (İspaniya) ilə qarşılaşacaq. Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulacaq. Təcrübəli pəhləvanımız ya Ahmet Uyar (Türkiyə), ya da Kriştian Keçkemeti (Macarıstan) ilə üz-üzə gələcək.
Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiylə (Almaniya) güləşəcək. Ülvü Qənizadə (72 kq) ilk görüşdə Samuel Belşeid (Almaniya) ilə qarşılaşacaq. Sənan Süleymanov (77 kq) 1/8 finalda İlye Koyokari (Rumıniya) ilə mübarizə aparacaq.
Rafiq Hüseynovun (82 kq) ilk rəqibi Petr Novak (Çexiya) olacaq. İslam Abbasov (87 kq) ilk mərhələdə Matey Mandiçlə (Xorvatiya) qarşılaşacaq. Murat Lokyayev (97 kq) 1/8 finalda Arvi Savolaynenlə (Finlandiya) üz-üzə gələcək.
Beka Kandelaki (130 kq) isə ilk görüşdə Mixaylo Vişnivetskiylə (Ukrayna) güləşəcək.
Qeyd edək ki, bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Aprelin 2-də isə digər 5 çəkidəki pəhləvanlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
04:18 / 01.04.2022
Güləşçilərimizin ilk rəqibləri bilindi - Avropa çempionatı
Hazırda oxunan: Güləşçilərimizin ilk rəqibləri bilindi - Avropa çempionatı
Hazırda oxunan: Güləşçilərimizin ilk rəqibləri bilindi - Avropa çempionatı
67415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.