Nazir Kamil Zeynallının fitnes mərkəzinə niyə gedib? – FOTOREPORTAJ

Nazir Kamil Zeynallının fitnes mərkəzinə niyə gedib? – FOTOREPORTAJ

Hazırda oxunan: Nazir Kamil Zeynallının fitnes mərkəzinə niyə gedib? – FOTOREPORTAJ

67333

Gənclər və idman naziri Fərid Qayıbov Kamil Zeynallıya məxsus “K.Z Limak” idman və fitnes mərkəzində olub. Mərkəzdə yaradılan şərait haqqında naziri məlumatlandıran Kamil Zeynallı gənclərin zərərli vərdişlərdən uzaqlaşmasında maraqlı olduğunu bildirərək, bütün imkanların səfərbər edildiyini vurğulayıb.

O, həmçinin vətən müharibəsi veteranları və qazilərlə bağlı mərkəzdə xüsusi endirimlərin də tətbiq olunduğunu diqqətə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazirdən yeni loqo ilə bağlı iradlara MÜNASİBƏT: "Bu, zövq məsələsidir"


Gənclərin fiziki cəhətdən  inkişafı və asudə vaxtlarının səmərəli keçirilməsi ilə bağlı bu cür idman zallarının sayının artırılmasının vacibliyini vurğulayan Fərid Qayıbov dövlət siyasətinin də məhz gənclərin inkişafına doğru yönəldiyini qeyd edib. O, Kamil Zeynallının qurduğu biznesi örnək gətirərək digər iş adamlarının da məhz bu tipli mərkəzlərin qurulmasında aktiv iştirak etməsinin vacibliyinə diqqət çəkib.

Zaldakı imkanlarla və xidmət personalı ilə tanış olan Fərid Qayıbov daha sonra eksklüziv olaraq Bizim.Media-nın suallarını cavablandırıb.

Sonda nazirə Gənclər və İdman Nazirliyinin yeni loqosuna uyğun hazırlanmış xatirə hədiyyəsi təqdim olunub və mərkəzin xidməti personalı ilə xatirə şəkli çəkdirilib.

Leyla Şah, Bizim.Media  













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO