Güləşçimiz bürünc medal qazandı - Avropa çempionatı

Güləşçimiz bürünc medal qazandı - Avropa çempionatı

Hazırda oxunan: Güləşçimiz bürünc medal qazandı - Avropa çempionatı

67192

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Bizim.Media Güləş Federasiyasına istinadən xəbər verir ki, 74 kq-da yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada Rumıniya təmsilçisi Zurab Kaprayevlə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Bayramov Avropa üçüncülüyünü qazanıb. Bu, Azərbaycan yığmasının yarışdakı ilk bürünc medalı olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO