"Oyuna çox yaxşı başladıq. Yaxşı imkanımız oldu Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, bu məğlubiyyətdən razı qala bilmərik. Bu gün əsl komanda gördük" .
Bizim.Media xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltadakı təlim-məşq toplanışında Latviyaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis rəqibin qol vurduğu epizoddan öncə cərimə zərbəsi olduğunu bildirib:
"Lakin hakim bizim lehimizə qərar verməli olsa da, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi".
66 yaşlı baş məşqçinin sözlərinə görə, bu gün oynayan futbolçuların çoxu gələcəkdə əsas heyətdə yer alacaqlar:
"Riçard Almeydanı alqışlamaq istəyirəm. Meydanda yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. İyunda daha vacib oyunlarımız var. Bizim üçün ehtiyat futbolçular lazım olacaq".
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya da eyni hesabla məğlub olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:14 / 29.03.2022
De Byazidən məğlubiyyət ŞƏRHİ
Hazırda oxunan: De Byazidən məğlubiyyət ŞƏRHİ
Hazırda oxunan: De Byazidən məğlubiyyət ŞƏRHİ
66981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.