Azərbaycanın 3 güləşçisi yarımfinala yüksəldi - Avropa çempionatında

Azərbaycanın 3 güləşçisi yarımfinala yüksəldi - Avropa çempionatında

Hazırda oxunan: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksəldi - Avropa çempionatında

66964

Azərbaycanın üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub.

74 kq kq-da yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan) 1/4 finalda Aymar Andrusə (Estoniya) qalib gəlib.

86 kq-dakı Abubakr Abakarov Denis Balauru (Moldova), ardınca isə İvars Samusonoksu (Latviya) yenərək adını yarımfinala yazdırıb.

92 kq çəkidəki Osman Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb.

Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etsə də, Robert Baranın (Polşa) müqavimətini qıra bilməyib.

Bayramov finala gedən yolda Taymuraz Salkazanovla (Slovakiya), Abakarov Sebastian Jezierzanski (Polşa) ilə, Nurmaqomedov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç
Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək.Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO