Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifat mərhələsində Viktor Lizen (Almaniya) ilə üz-üzə gələcək.
74 kq çəkidə yarışan Turan Bayramov 1/8 finalda Ali Umarpaşayev (Bolqarıstan) ilə görüşəcək.
86 kq-da Abubakr Abakarov eyni raundda Denis Balaur (Moldova) ilə qarşılaşacaq.
92 kq çəkidəki Osman Nurmaqomedov yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi Simeone Yannattoni (İtaliya) - Radoslav Marçinkeviç (Polşa) cütünün qalibi olacaq.
Nəhayət, 125 kq-dakı Aydın Əhmədov təsnifat mərhələsində Paris Karepi (Albaniya) ilə güləşəcək.
Bu gün, həmçinin Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:08 / 29.03.2022
Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır
Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayır
66861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.