Şəhriyar Məmmədyarov FIDE Qran-prisində son oyununu keçirəcək

Şəhriyar Məmmədyarov FIDE Qran-prisində son oyununu keçirəcək

Hazırda oxunan: Şəhriyar Məmmədyarov FIDE Qran-prisində son oyununu keçirəcək

66720

Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir. 

Bizim.Media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 6-cı turda Rusiya təmsilçisi Daniil Dubovla mübarizə aparacaq.

Bu, şahmatçımızın B qrupunda sonuncu oyunu olacaq. Şahmatçımız ötən 5 turda 3 xal toplayıb. O, bu nəticəyə görə, öz qrupunda Leyner Dominqeslə 1-2-ci pillələri bölüşür. 

Qeyd edək ki, B qrupunda digər şahmatçılar - almaniyalı Vinsent Keymer 2,5, Rusiya təmsilçisi Daniil Dubov 1,5 xala malikdirlər. Turnirdə ümumilikdə, 16 şahmatçı iştirak edir. 
Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO