De Byazidən məğlubiyyət ŞƏRHİ: “Bizimçün dərs olmalıdır”

De Byazidən məğlubiyyət ŞƏRHİ: “Bizimçün dərs olmalıdır”

Hazırda oxunan: De Byazidən məğlubiyyət ŞƏRHİ: “Bizimçün dərs olmalıdır”

66472

“Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdır”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Maltaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib:

"İstədiyimiz oyunu sərgiləyə bilmədik. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. Çoxlu qollar buraxmağımız məni narahat edir. Oyunumuzdan narazı qaldım. Futbolçulardan daha çox şey gözləyirəm. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək".

66 yaşlı baş məşqçi fərdi səhvlərdən də şikayətlənib:

"Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? Çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. Çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO