Azərbaycan millisi Avropada 4-cü oldu

Azərbaycan millisi Avropada 4-cü oldu

Hazırda oxunan: Azərbaycan millisi Avropada 4-cü oldu

66299

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, 11 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin siyahısı açıqlanıb.

Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib.

Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazan komandamız medal sıralamasına görə qitə birinciliyini 4-cü pillədə başa vurub. Millimiz bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.

Ümumilikdə 20 ölkə Xorvatiyada medala sahib olub. Onlardan isə cəmi 11-i çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.

Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO