Göygöl şəhərində beynəlxalq cüdo turniri start götürdü - FOTO

Göygöl şəhərində beynəlxalq cüdo turniri start götürdü - FOTO

Hazırda oxunan: Göygöl şəhərində beynəlxalq cüdo turniri start götürdü - FOTO

66170

Bu gün Göygöl şəhərində Azərbaycan Respublikasının əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş  U-18 beynəlxalq turnir start götürüb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli xarici və yerli idmançıları salamlayıb, onlara uğurlar arzu edib. 

O, Azərbaycanda cüdo idman növü üzrə bu səviyyədə beynəlxalq turnirin təşkil olunmasını sevindirici hal kimi dəyərləndirib:

“Bu həm ölkədə yaradılan güclü idman infrastrukturun olması, həm də Azərbaycanda cüdonun dərin ənənələrə malik olması deməkdir”, deyə E.Məmmədli əlavə edib. 

Eyni zamanda vitse prezident bildirib ki, beynəlxalq turnirin keçirilməsi ölkələr arası dostluq münasibətlərini daha da möhkəmləndirəcək. 

Turnirin açılış mərasimində bədii hissədən sonra yarışlara start verilib. Yarışların  ilk günündə qızlar arasında 36, 40, 44, 48 kiloqram çəki dərəcələrində, oğlanlar arasında  isə 46, 50, 55, 60 kiloqram çəki dərəcələrində öz güclərini sınayacaqlar.
Turnirdə Türkiyə, Almaniya, Macarıstan, Sloveniya, Gürcüstan, Özbəkistan, Polşa və Azərbaycanın fərqli bölgələrindən 500 nəfərə yaxın gənc cüdoçu qatılıb. 

Turnir Azərbaycan Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı və ev sahibliyi ilə keçirilir.

İki gün davam edən yarışdan sonra, 8 ölkəni təmsil edən gənc cüdoçular Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq üç günlük təlim-məşq toplantısına qatılaraq, birgə məşqlərdən faydalanmağa, ustalıq və bacarıqlarını artırmağa çalışacaqlar.

Məqsəd Rəhimov, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO