Şəhriyar Məmmədyarov III mərhələdə mübarizəyə başlayır - FIDE Qran-prisi 

Şəhriyar Məmmədyarov III mərhələdə mübarizəyə başlayır - FIDE Qran-prisi 

Hazırda oxunan: Şəhriyar Məmmədyarov III mərhələdə mübarizəyə başlayır - FIDE Qran-prisi 

65978

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək FIDE Qran-prisinin III mərhələsində mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, reytinq favoritlərindən biri kimi B qrupuna düşən 37 yaşlı qrossmeyster ilk turda almaniyalı Vinsent Kaymerlə qarşılaşacaq. Məmmədyarov qara fiqurlarla oynayacaq.

Bu qrupun digər qarşılaşmasında isə rusiyalı Daniil Dubov və ABŞ-dan olan Lenyer Dominges üz-üzə gələcək. 

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər.

Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. 

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO