Boksçularımız üçün TARİXİ ŞANS - 2 qızılı medal və...

Boksçularımız üçün TARİXİ ŞANS - 2 qızılı medal və...

Hazırda oxunan: Boksçularımız üçün TARİXİ ŞANS - 2 qızılı medal və...

65897

Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatı Azərbaycan boksçuları üçün əlamətdar hadisə ilə yadda qala bilər. 

Federasiyadan Bizim.Media-a verilən məlumata görə, finala vəsiqə qazanmış Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) qələbə qazanacaqları halda, milli komanda qitə turnirində ilk dəfə 2 qızıl medala sahib çıxacaq. 

Bu isə Azərbaycan boks tarixinə ilk kimi düşəcək. 

Gənc boksçular artıq 2 bürünc medalı rəsmiləşdirib. Böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi millinin heyətində Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. 
Qeyd edək ki, Avropa çempionatında final qarşılaşmaları martın 23-də olacaq. Həmin gün Nicat Hüseynov gürcüstanlı Lekso Xasaya ilə, Ruslan Qədirov türkiyəli Samet Gümüşlə döyüşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO