2 boksçumuz Avropa çempionatında medalı təmin etdi - Yarımfinalda erməni rəqib

2 boksçumuz Avropa çempionatında medalı təmin etdi - Yarımfinalda erməni rəqib

Hazırda oxunan: 2 boksçumuz Avropa çempionatında medalı təmin etdi - Yarımfinalda erməni rəqib

65684

Azərbaycan yığmasının daha bir idmançısı Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu uğura milli üzvü Cəlal Qurbanov (63,5 kq) imza atıb. 

Yere Niemelainen (Finlandiya) və Nik Nikolovu (Sloveniya) mübarizədən kənarlaşdıran boksçumuz 1/4 finalda İqor Kovtundan (Ukrayna) da güclü olub.

O, rəqibini 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək, üçüncü döyüşündən də qalib ayrılıb. Bununla da Qurbanov özü üçün ən azı bürünc medalı təmin edib. 

O, yarımfinalda ermənistanlı Artur Şahbazyanla üz-üzə gələcək. Bu qarşılaşma martın 20-də baş tutacaq. 

Qeyd edək ki, Cəlal Qurbanovdan öncə Nicat Hüseynov (51 kq) da Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsinin axşam seansında isə 3 təmsilçimiz rinqə çıxacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO