Konfrans Liqasında püşkatma – Yarımfinal cütləri müəyyənləşir

Konfrans Liqasında püşkatma – Yarımfinal cütləri müəyyənləşir

Hazırda oxunan: Konfrans Liqasında püşkatma – Yarımfinal cütləri müəyyənləşir

65418

Bu gün UEFA Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. 

Bu, cari mövsümün son püşkatması olacaq və komandalar səbətlərə bölünməyəcək. Həmçinin növbəti raundlarda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər. 

Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma olacaq.

UEFA Konfrans Liqasının 1/4 finalında iştirak edəcək komandalar bunlardır: "Marsel" (Fransa), "Lester" (İngiltərə), PSV (Niderland), "Budyo Qlimt" (Norveç), PAOK (Yunanıstan), "Slaviya" Praqa (Çexiya),"Roma" (İtaliya), "Feyenoord" (Niderland). 
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO