Qurban Qurbanovun hərəkəti UEFA-da müzakirə edildi

Qurban Qurbanovun hərəkəti UEFA-da müzakirə edildi

Hazırda oxunan: Qurban Qurbanovun hərəkəti UEFA-da müzakirə edildi

64787

UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, iclas videokonfrans formatında təşkil olunub.

UEFA Avropa Konfrans Liqasında fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda (0:3) qeydə alınmış fair play hadisəsi AFFA-nın icraçı vitse-prezidenti, müvafiq komitənin sədri Elxan Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil olunub və məsələ barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO