Azərbaycan boksçusu Avropa çempionatında 1/8 finala yüksəldi - FOTO

Azərbaycan boksçusu Avropa çempionatında 1/8 finala yüksəldi - FOTO

Hazırda oxunan: Azərbaycan boksçusu Avropa çempionatında 1/8 finala yüksəldi - FOTO

64776

Azərbaycan boksçusu Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-22 Avropa çempionatına qələbə ilə başlayıb.

Boks Federasiyasından Bizim.Media-ya verilən məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda gürcüstanlı Luka Nikabadze ilə qarşılaşıb.

Rəqibinə 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə qalib gələn ölkə çempionu 1/8 finala yüksəlib. Onun növbəti rəqibi xorvatiyalı Alen Ahmetoviç olacaq. Döyüş martın 15-də baş tutacaq.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan boksçusu Mirşərif Kazımzadə (75 kq) isə 1/16 finalda şotlandiyalı Hikki Samla bacarmayıb.

Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərovla yanaşı, yığmanın digər üzvü Murad Allahverdiyev (80 kq) də rinqə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO