Avropa çempionatı: Bu gün iki boksçumuz rinqə çıxacaq

Avropa çempionatı: Bu gün iki boksçumuz rinqə çıxacaq

Hazırda oxunan: Avropa çempionatı: Bu gün iki boksçumuz rinqə çıxacaq

64640

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatının ikinci günündə iki boksçumuz mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, millimizin üzvlərindən Nəbi İsgəndərov (67 kq) Luka Nikabadze (Gürcüstan), Mirşərif Kazımzadə (75 kq) Hikki Sam (Şotlandiya) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, qitə birinciliyinin birinci yarış günündə 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov 1/16 final mərhələsi çərçivəsində Yere Niemelainenə (Finlandiya) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Təmsilçimiz səkkizdəbir finalda ilk mərhələdən azad olan sloveniyalı Nik Nikolovla üz-üzə gələcək. Görüş martın 17-də baş tutacaq.

Xatırladaq ki, komandamız turnirdə 7 boksçu ilə təmsil olunur. Yarış martın 23-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO