Çinin paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunları başa çatıb.
Bizim.Media xəbər verir ki, martın 4-də başlayan “Pekin-2022” Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib.
Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar.
Qış Paralimpiya Oyunlarını ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib. Ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar.
Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olur.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və “Olimpiya kəndləri” uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.
Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:37 / 13.03.2022
“Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO
Hazırda oxunan: “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO
Hazırda oxunan: “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatdı – FOTO
64522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.