Federasiya prezidenti fiqurlu konkisürənlərlə görüşdü

Federasiya prezidenti fiqurlu konkisürənlərlə görüşdü

Hazırda oxunan: Federasiya prezidenti fiqurlu konkisürənlərlə görüşdü

64349

Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev fiqurlu konkisürənlər Yekaterina Ryabova və Vladimir Litvintsevlə görüşüb.

Federasiyanın Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, o, görüşdə idmançıların 21 - 27 martda Fransanın Monpelye şəhərində keçiriləcək dünya çempionatına hazırlıqları ilə maraqlanıb, onlara tövsiyyələrini verib və uğurlar arzulayıb.

Nağıyev federasiyanın gələcək fəaliyyət planları haqqında danışaraq atletləri dəstəkləməyə hər zaman hazır olduqlarını bildirib.

Qeyd edək ki, Azərbaycanı dünya çempionatında Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy təmsil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO