Konfrans Liqası:

Konfrans Liqası: "Qarabağ"ın son iki rəqibi üz-üzə gəlir

Hazırda oxunan: Konfrans Liqası: "Qarabağ"ın son iki rəqibi üz-üzə gəlir

63956

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Bizim.Media-nın məlumatına görə, bütün oyunlar eyni gündə keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:45 və 00:00-da başlayacaq.

Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutacaq. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"ini qəbul edəcək.

Bundan başqa, turnirin favoritlərindən İtaliya "Roma"sı Niderlandda "Vitess"in qonağı olacaq, İngiltərə "Lester"i isə evdə Fransanın "Renn" klubunu sınağa çəkəcək.

UEFA Konfrans Liqası

1/8 final, ilk oyunlar

10 mart

21:45. PAOK (Yunanıstan) - "Gent" (Belçika)

21:45. "Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya)

21:45. "Vitess" (Niderland) - "Roma" (İtaliya)

21:45. "Partizan" (Serbiya) - "Feyenoord" (Niderland)

00:00. "Marsel" (Fransa) - "Bazel" (İsveçrə)

00:00. "Lester" (İngiltərə) - "Renn" (Fransa)

00:00. PSV (Niderland) - "Kopenhagen" (Danimarka)

00:00. "Budyo Qlimt" (Norveç) - AZ (Niderland)

Qeyd edək ki, cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO