Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO

Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO

Hazırda oxunan: Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO

63933

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvilini 10:0 hesabı ilə məğlub edən N.Məmmədli Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO