Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 55 kq çəki dərəcəsində yer alan idmançı moldovalı Mixaela Samoili 11:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
50 kq-da çıxış edən Şəhanə Nəzərova isə yarımfinalda macarıstanlı Şimonetta Şeker 0:8 hesabı ilə uduzaraq, finala çıxmaq şansını əldən verib.
O, bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
"Klassiklər"dən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medala sahib çıxıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:22 / 09.03.2022
Azərbaycan güləşçisi finala yüksəldi - AVROPA ÇEMPİONATI
Hazırda oxunan: Azərbaycan güləşçisi finala yüksəldi - AVROPA ÇEMPİONATI
Hazırda oxunan: Azərbaycan güləşçisi finala yüksəldi - AVROPA ÇEMPİONATI
63921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.