\

\"Bavariya\" və \"Liverpul\" 1/4 finala yüksəldi - Çempionlar Liqasında

Hazırda oxunan: \"Bavariya\" və \"Liverpul\" 1/4 finala yüksəldi - Çempionlar Liqasında

63739

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə növbəti mərhələyə vəsiqə qazanan 2 komandanın adına aydınlıq gəlib. Bunlar Almaniya "Bavariya"sı ilə İngiltərə "Liverpul"udur.

"Bavariya" Avstriyada "Zaltsburq"la 1:1 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb - 7:1. İlk 3 qolu Robert Levandovski vurub. Polşalı hücumçu 12-ci və 21-ci dəqiqədə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənərək, ən erkən het-trik rekordunu yeniləyib.

İlk yarıda daha bir qolu 31-ci dəqiqədə Serj Qnabri vurub.

"Bavariya" fasilədən sonra da üstünlüyünü davam etdirib. 54-cü və 83-cü dəqiqələrdə Tomas Müller "dubl" edib. Son nöqtəni isə 85-ci dəqiqədə Leroy Sane qoyub. "Zaltsburq"un təsəlli qoluna 70-ci dəqiqədə Maurits Kyerqor imza atıb.

"Liverpul" isə İtaliyada 2:0 hesabı ilə yendiyi "İnter"ə öz meydanında minimal hesabla uduzub. Yeganə qolu 62-ci dəqiqədə Lautaro Martines vurub. Bundan 1 dəqiqə sonra ALeksis Sançes qırmızı vərəqə alaraq, İtaliya klubunu azlıqda qoyub. Qalan müddətdə qapılara qol vurulmayıb.

Beləliklə, "Liverpul" iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər cavab oyunları martın 9-da, martın 15-də və martın 16-da gerçəkləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO