Cüneyt Çakır Superliqadan kənarlaşdırıldı

Cüneyt Çakır Superliqadan kənarlaşdırıldı

Hazırda oxunan: Cüneyt Çakır Superliqadan kənarlaşdırıldı

63701

Türkiyəli FİFA referisi Cüneyt Çakır Superliqanın 2021/22 mövsümünün qalan hissəsində oyunlara təyinat almayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qurumun Mərkəzi Hakimlər Şurasının qəbul etdiyi qərara görə, mövsümün digər oyunlarını idarə edəcək hakimlər sırasından 13 nəfər şəxsin adı çıxarılıb.

Onların arasında Cüneyt Çakır da var.

TFF-nin belə qərar qəbul etməsinə səbəb isə yaş amili və turnirdə mübarizə aparan klubların narazılığıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO