Avropa çempionatı: 2 güləşçimiz erməniyə rəqib oldu

Avropa çempionatı: 2 güləşçimiz erməniyə rəqib oldu

Hazırda oxunan: Avropa çempionatı: 2 güləşçimiz erməniyə rəqib oldu

63689

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala çıxıb.

Bizim.Media xəbər verir ki, 60 kq-da yarışan idmançı 1/4 finalda macarıstanlı Kriştian Keçkemetini məğlub edib. Onun finaldakı rəqibi ermənistanlı Tiqran Minasyan olacaq.

Bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçisi Adəm Hacızadə isə yarışla erkən vidalaşıb. 72 kq çəki dərəcəsindəki idmançı debütdə Macarıstanın digər təmsilçisi Atilla Toeşmagiyə uduzub.
Bundan başqa, 87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO