Martın 7-də Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, çempionatın birinci günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib.
Mübarizəyə dörddəbir finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabı ilə qalib gələrək yarmfinala yüksəlib. Güləşçimizin yarımfinalda rəqibi bolqarıstanlı İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Z.Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Təmsilçimiz martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşacaq.
Güləşçimiz Xasay Həsənli (77 kq) ilk mərhələdə yerli idmançı Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz dörddəbir finalda macarıstanlı Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. X.Həsənli yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparacaq.
Milli komandamızın üzvü Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün L.Vəliyev martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.
Sərxan Məmmədov (130 kq) da mübarizəyə dörddəbir finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbə ilə (13:5) yarımfinala vəsiqə əldə edib. S.Məmmədov finala çıxmaq uğrunda türkiyəli Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. S.Məmmədov martın 8-də Yunanıstan təmsilçisi Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:22 / 08.03.2022
Avropa çempionatı: 2 güləşçimiz finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: 2 güləşçimiz finala yüksəldi
Hazırda oxunan: Avropa çempionatı: 2 güləşçimiz finala yüksəldi
63626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.