"Keşlə"nin legioneri milliyə çağırıldı

Hazırda oxunan: "Keşlə"nin legioneri milliyə çağırıldı

63596

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb.

Bizim.Media xəbər verir ki, o, Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstanla keçiriləcək oyunlar üçün yığmaya çağırırılıb.

Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan yığması ilə eyni qrupda yer alacaq. Məğlub tərəf isə D Liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO