Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırıldı

Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırıldı

Hazırda oxunan: Rusiya və Belarus Dünya Oyunları 2022-dən kənarlaşdırıldı

63489

Dünya Oyunları 2022-nin (XI Dünya Oyunları) Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.

Bu barədə Bizim.Media yarışın rəsmi saytına istinadən xəbər verir.

Qeyd edilir ki, qərar həmin ölkələrin rəsmilərinə də şamil edilir. Qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.

Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə iyulun 7-dən 17-dək ABŞ-ın Birmingem şəhərində keçiriləcək.

Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO